İstifadə qaydası
Qeydiyyatdan çap olunmuş QR koda qədər — addım-addım.
Qeydiyyatdan keç
«Pulsuz başla» düyməsinə bas. Ad, e-poçt, şifrə və biznesinin adını yaz. Kart tələb olunmur.
E-poçtuna gələn kodu yaz
Sənə 6 rəqəmli kod göndəririk. Onu saytdakı xanaya yaz. Məktub görünmürsə, spam qovluğunu yoxla.
Biznesini tanıt
Loqonu yüklə, rəngini seç və sahəni göstər (restoran, geyim, elektronika...). Kataloqun bu görünüşü alır.
Kateqoriya yarat
«Kateqoriyalar» bölməsinə keç: «Əsas yeməklər», «İçkilər», «Desertlər»... Bunlar müştərinin gördüyü başlıqlardır.
Məhsul əlavə et
«Məhsullar» → «Məhsul əlavə et». Şəkil, ad, qiymət yaz və yadda saxla. Şəkli yükləyəndə kəsmə pəncərəsi açılır ki, hamsı eyni ölçüdə olsun.
QR kodunu yüklə və çap et
«QR Studiya»ya keç, rəngini seç və PNG ya SVG olaraq yüklə. Çap edib masaya, rəfə və ya vitrinə yapışdır.
İstədiyin an dəyiş
Qiyməti dəyişdin — QR-ı yenidən çap etməyə ehtiyac yoxdur. Skan edən növbəti müştəri dərhal yeni qiyməti görür.
QR çap edin, kataloqu doldurun, qonaq skan etsin.
Pulsuz kataloqunuzu yaradın